Fələstinin HƏMAS hərəkatı ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanınmasına dair qərarından sonra  üçüncü müqavimət hərəkatının (İntifada) başlandığını elan edib.
 
RePost.Az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə hərəkatın mətbuat katibi Abdulativ Alkanu açıqlama verib. O deyib ki, Ytampın qərarının ləğv olunması üçün ABŞ-a təzyiq göstərilmək məqsədilə Qəzza zolağında etiraz dalğası daha genişləndirilir. 
 
Birinci İntifada 1987-1991-ci illəri, İkinci İntifada isə 2000-2005-ci illəri əhatə edib.  Müavimət hərəkatı zamanı yüzlərlə israil hərbçisi və mülkişəxs öldürülüb, minlərlə insan yaralanıb.
 
RePost.Az

Baxış sayı: 3162 | Tarix: 12.12.2017
Bizi Telegramda izləyin: @repostaz