Tovuz rayonunda qadına qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən şəxs döyülüb.
 
RePost.Az-ın trend-ə istinadla məlumatına görə, hadisə rayonun Dönük Qırıqlı kəndində baş verib.
 
Kənd sakini, 1992-ci il təvəllüdlü Məmmədov Eldəniz Şəmil oğlu həmkəndlisi olan qadını zorlamağa cəhd edib. Qadının yaxınları hadisədən xəbər tutub və E.Məmmədovu yaxalayıb. E.Məmmədov bir-neçə nəfər tərəfindən döyülüb. O, Tovuz rayon Polis Şöbəsinə təhvil verilib.
 
E.Məmmədov polis nəzarəti altında tibbi müayinə olunub. Məlum olub ki, E.Məmmədovun burnu sındırılıb.
 
Faktla bağlı Tovuz rayon Prokurorluğunda cinayət işi başlanılıb və E.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
 
RePost.Az

Baxış sayı: 1946 | Tarix: 20.12.2017
Bizi Telegramda izləyin: @repostaz