Sabah, dekabrın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən RePost.az-a verilən məlumata görə, gecə və axşam yarımadanın bəzi yerlərində zəif duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var.
 
Arabir güclənən cənub-qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 1-4° isti, gündüz 6-9° isti, Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunundan 768 mm civə sütununa enəcək.
 
Nisbi rütubət gecə 75-85%, gündüz 60-65% təşkil edəcək.
 
Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, əksər rayonlarda əsasən yağmursuz, lakin gündüz bəzi cənub və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
 
RePost.az
 

Baxış sayı: 3143 | Tarix: 23.12.2016
Bizi Telegramda izləyin: @repostaz