Bakıda oteldə bədbəxt hadisə baş verib.
 
RePost.Az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisindəki "LUXEN" Plaza otelində baş verib. Binanın fasad hissəsini təmizləyən fəhlə yuxarı mərtəbələrin şüşəsini silərkən təhlükəsizlik kəməri qırılıb və fəhlə yerə yıxılıb. Hadisə nəticəsində fəhlənin iki ayaqları sınıb, müxtəlif bədən xəsarətləri alıb.
 
Məlumata görə, hadisə yerinə təcili yardım briqadası çağırılsa da, otel rəhbərliyinin göstərişi ilə fəhlə təcili yardım maşını ilə deyil, "BMW" markalı şəxsi avtomobillə hadisə yerindən uzaqlaşdırılıb.
 
Yaralının hansı tibb mərkəzinə aparıldığı məlum deyil.
 
RePost.Az

Baxış sayı: 2934 | Tarix: 21.12.2017
Bizi Telegramda izləyin: @repostaz