Bu gün "10-dan sonra" verilişində qonaq olan "Şadan" qrupunun üzvü - müğənni İntizar Məmmədzadə yeni görkəmi ilə hər kəsi təəccübləndirib.
 
RePost.Az-ın milli.az-a istinadən verdiyi məlumata görə, imicində ciddi dəyişikiklər edən tanınmış ifaçı görənlərin diqqətini çəkməyi bacarıb.
 
Qeyd edək ki, "Şeron" qrupunun keçmiş üzvü, "Şadan" qrupunun rəhbəri və solisti İntizar Məmmədov və qrupun digər 2 üzvü ötən ilin yanvarın 7-sində çay evinə dəvət edilib. Məlum olub ki, "Şadan" qrupunun üzvü Məmmədli Aslan atası Rəhim Məmmədlinin adına olan iaşə obyektini 53 000 manata satıb. Məqsəd pulu əldə edərək studiya açmaq olub. Lakin qrupun üzvü bu pulu əldə edərək obyekti yeni sahibinə verməkdən imtina edib. Buna cavab olaraq obyekti 53 000 manata alan şəxs pulunu tələb edib.
 
Pulunu ödədəyi halda iaşə obyektini təhvil ala bilməyən şəxs Gürcüstandan "qanuni oğru" dəvət edib. "Qanuni oğru" qrupun üzvlərinə hədə-qorxu gələrək pul tələb edib. Vəziyyətin çətin olduğunu görən "Şadan" qrupunun üzvləri onlara verilən vaxt ərzində pulu geri qaytarmağa məcbur olublar. 
 
Uzun müddətdir efirlərdə görünməyən müğənninin verilişdən fotolarını təqdim edirik:
 
RePost.Az

Baxış sayı: 4416 | Tarix: 31.01.2018
Bizi Telegramda izləyin: @repostaz