Sumqayıtda iki uşaq anasını zorlayıb öldürməkdə təqsirləndirilən 29 yaşlı Fəttah Nuriyevin məhkəməsi bitib.  
 
Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə Fəttah Nuriyev 20 il müddəti azadlıqdan məhrum edilib.
 
Xatırladaq ki, prokuror çıxışında təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi.
 
Qeyd edək ki, Fəttah Nuriyev 1982-ci il təvəllüdlü Leylanı (ad şərtidir) qətlə yetirib.
 
İstintaqla müəyyən edilib ki, ötən il Fəttah sərxoş vəziyyətdə olarkən Sumqayıtda  "Göyərçin” abidəsi tərəfdə səhər idmanı edən Leylanı görüb.  O, qadının üzərində qızıl-zinət əşyalarını ələ keçirmək istəyib. Bunun üçün Fəttah qadını gördüyü yerdən təqribən 500 metr məsafə qət edərək cinayət əməlini həyata keçirmək üçün əlverişli şəraitin yaranmasını gözləyib.  O, havanın qaranlıq və qadının dayandığı ərazinin işıqsız olmasından istifadə edərək, ona hücum edib. Təqsirləndirilən şəxs qadını yerə yıxaraq, ona bir neçə zərbə vurub. Leylanın səsi çıxmasın deyə, onun ağzından tutaraq sıxıb. F.Nuriyev qadını sürüyərək gül kollarının arasına aparıb. Alışqanı ilə qadının sırğalarının qızıl olmadığını görüb, ona qarşı quldurluq niyyətini sona çatdıra bilməyib.
 
O, bundan sonra cinayət əməlini davam etdirərək qadınla cinsi əlaqədə olmaq qərarına gəlib, qadının gücsüz olmasından istifadə edərək onu soyundurub və kolluqda təbii və qeyri-təbii yolla cinsi əlaqədə olub.
 
Daha sonra isə qadının ağzını torpağa sıxıb, onun qarın boşluğuna zərbələr endirərək qəsdən öldürüb. Qadın boğularaq hadisə yerindəcə ölüb.
 
Fəttha Nuriyev idmançı olub. Ona Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq), 149.1-ci(zorlama), 1501.1 (seksual xarakterli hərəkətlər etmə), 120.2.6-cı (Zorlama və seksual xarakterli başqa zorakı hərəkətlə bağlı adam öldürmə) maddəsi ilə ittiham verilib.
 
RePost.Az

Baxış sayı: 3713 | Tarix: 27.02.2018
Bizi Telegramda izləyin: @repostaz