Ermənistan prezidenti Serj Sarkisyan Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması haqqında protokollarının ləğv olunduğunu elan edib.
 
RePost.Az erməni KİV-nə istinadən xəbər verir ki. Serj Sarkisyan ölkənin Milli Təhlükəsizlik Şurasının iclasında protokolların etibarsız hesab olunduğunu bəyan edib.
 
Qeyd edək ki, iki ölkə arasında münasibətlərin normallaşması haqqında protokollar 2009-cu il oktyabrın 10-da XİN rəhbərləri arasında imzalansa da, parlamentlərdə ratifikasiya olunmamışdı.
 
Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr 1993-cü ildə dayandırılıb.
 
RePost.Az

Baxış sayı: 3010 | Tarix: 01.03.2018
Bizi Telegramda izləyin: @repostaz