Azərbaycan vətəndaşlarının 2018-ci ildə vizasız gedəcəyi ölkələrin siyahısı açıqlanıb. 
 
RePost.Az xəbər verir ki, ölkə vətəndaşlarının 29 ölkəyə getməsinə viza tələb olunmur. 
 
Bunlara Albaniya, Baham adaları, Barbados, Belarus, Haiti, Gürcüstan, İndoneziya, İran, Qazaxıstan, Qətər, Qırğızıstan, Kolumbiya, Makedoniya, Malayziya,  Moldova, Fələstin, Rusiya, Tacikistan, Türkiyə, Ukrayna, Özbəkistan, Monteneqro, Ekvador və sair ölkələr daxildir. 
 
Azərbaycan vətəndaşları 32 ölkəyə daxil olarkən viza alırlar. Bu dövlətlər Banqladeş, Laos, Madaqaskar, Maldiv adaları, Nepal, İordaniya, Zimbabve və sairdir. 
 
Ölkə vətəndaşlarının vizasız getdiyi, eləcə də ərazisinə daxil olarkən viza aldıqları dövlətlərin  siyahısı ilə aşağıdakı fotodan tanış ola bilərsiniz: 
 
RePost.Az

Baxış sayı: 5176 | Tarix: 07.03.2018
Bizi Telegramda izləyin: @repostaz