Türkiyə Silahlı Qüvvələri Afrini PYD və YPG terrorçularından azad edib. Şəhər mərkəzi dünən səhər saatlarından etibarən Türkiyə Ordusu və Azad Suriya Ordusunun nəzarətinə keçib.
 
RePost.Az-ın məlumatına görə, hazırda şəhərdə axtarış işlər aparılır. Terrorçuların qazdığı xəndəklər doldurulur, torpağa basdırılmış. Minalar aşkarlanaraq zərərsizləşdirilir. 
 
Ümumilikdə isə "Zeytun budağı" əməliyyatı çərçivəsində 46 hərbiçi şəhid olub, 225 hərbçi yaralanıb. Afrində məhv edilən terrorçuların sayı isə 3 min 603 nəfər çatıb. 
 
RePost.Az
 

Baxış sayı: 3200 | Tarix: 19.03.2018
Bizi Telegramda izləyin: @repostaz