ABŞ prezidenti Donald Tramp Konqres tərəfindən təsdiq olunan dövlət büdcəsini imzalayıb. 
 
RePost.Az azvision.az-a istinadən xəbər verir ki, büdcəyə əsasən, ABŞ Gürcüstan və Ukraynadan fərqli olaraq Ermənistana maliyyə yardımı etməyəcək.
 
Qeyd edək ki, 2017-ci ildə ABŞ tərəfindən Ermənistana edilən maddi yardım 2016-ci ilə nisbətən 3 dəfə azalmışdl. 2016-ci ildə rəsmi İrəvan 20,4 milyon dollar yardım almışdısa, 2018-ci ildə bu rəqəmin 6,2 milyon dollar olacağı gözlənilirdi. Lakin təsdiq olunan dövlət büdcəsinə əsasən, ABŞ Ermənistana ümumiyyətlə maliyyə yardımı ayırmayacaq.
 
Amerikanın İrəvandakı səfirliyindən isə bildirib ki, Ermənistana ayrılan vəsaitlərin həcmi idarələrarası proses çərçivəsində müəyyənləşdiriləcək.
 
RePost.Az

Baxış sayı: 2991 | Tarix: 29.03.2018
Bizi Telegramda izləyin: @repostaz