Bir müddət əvvəl "Lotu Quli” ləqəbli kiriminal avtoritet Nadir Səlifovu təhqir edən "Opasnı Roma” ləqəbli Rahim Şəkinski güllələnib.
 
RePost.Az-ın məlumatına görə, hadisə Tuluza şəhərinin yaxınlığındakı Colomie şəhərində qeydə alınıb.
 
Qeyd olunub ki, "Audi" markalı avtomobildən düşən şəxs digər avtomobildə olan Rahim Namazov və həyat yoldaşına 7 güllə vurub və hadisə yerindən qaçıb.
 
Güllələnən Rahim Namazovun vəziyyəti ağırdır, arvadı isə xəstəxanada ölüb.. Hadisə ilə bağlı yerli prokurorluq orqanı araşdırma aparır.
 
Qeyd edək ki, R.Namazov Azərbaycanda məhkumluq həyatı yaşayıb, o cümlədən bir dəfə dələduzluğa görə 1 il icbari həbs cəzası alıb. Onun Azərbaycanda müxtəlif şəxslərdən pul alaraq onları aldatdığı da bildirilir.. 
 
Onun hansı səbəbdən vurulduğu dəqiq bilinməsə də, bunun "Lotu Quli”yə görə edildiyi istisna deyil. Hazırda Rahim Şəkinskinin komada olduğu deyilir. Maraqlısı odur ki, "Opasnı Roma" da özünü oğru aləminin nümayəndəsi kimi tanıdıb və rəqiblərinə sosial şəbəkə vasitəsilə atmacalar yollayırmış.
 
Bir maraqlı fakt da ondan ibarətdir ki, Rəhim Şəkinski bir neçə il öncə Fransadan jurnalist kimi mühacir oturumu alıb. Fransa televiziyası da bu hadisəni "azərbaycanlı jurnalist güllələndi" başlığı ilə yayımlayıb.
 
Bu haqda məlumatı hazırda Avropada yaşayan jurnalist Orxan Məmməd sosial şəbəkədə yazıb.
 
Jurnalist Elçin Əlioğlu da bu məsələylə toxunub və həmin şəxsin jurnalist olmadığını deyib:  
 
Fransada Rahim Namazov adlı "siyasi mühacir"ə, "jurnalist"ə sui-qəsd olduğu, ona və həyat yoldaşına atəş açıldığı yazılır. Müxalifət düşərjgəsindəki soydaşlarımız bunu geniş müzakirə edirlər. Cənablar və xanımlar! Rahim Tofiq oğlu Namazov heç vaxt jurnalist olmayıb. Bir müddət "Əlillər" qəzetinin vəsiqəsini gəzdirmiş fırıldaqçı dələduz və fəraridir. Sonra Fransaya qaçmışdı, orada sığınacaq almaq üçün kimlərə söymədi, kimləri suçlamadı ki. Son üç həftədi "Lotu Quli"yə, yəni Nadir Səlifova "Roma Şəkinski" və "Opasnı Roma" kimi söyürdü. Həddən ağır söyüşlərin yer aldığı videoları da YouTube-da yayırdı. Bu adam özünü "lotu" sayırdı. Onun nə siyasi mücahirlərə, nə də jurnalistlərə heç bir aidiyyatı yoxdur.
 
RePost.Az

Baxış sayı: 4036 | Tarix: 30.03.2018
Bizi Telegramda izləyin: @repostaz