Türkiyədə 85 yaşlı kişini aldatmağa çalışan azərbaycanlı qadın tutulub.
 
RePost.az-ın "Milliyət"ə istinadla verdiyi məlumata görə, Samsunda Kazım Üstündağ adlı ahıl şəxsi evlilik adı ilə aldatmağa çalışan 61 yaşlı Rabiyə D. polisin diqqəti sayəsində cinayət başında tutulub.
 
Yanlız yaşayan kişinin evlənmək istədiyini eşidən azərbaycanlı tibb bacısı Samsuna gələrək yaşlı şəxsin evinə gedib, ona həyat yoldaşından ayrıldığını, evlənmək istədiyini deyib. K.Üstündağ təklifi qəbul etdikdən sonra qadın onun evinə köçüb. Bu ərəfədə polislər qadının yaşlı kişini aldada biləcəyindən şübhələndikləri üçün zaman-zaman ona baş çəkməyə başlayıblar.
 
85 yaşlı kişi ötən gün zərgərə gedib evlənmk istədiyi qadına 2 qızıl bilərzik, 2 üzük, 1 sırğa alaraq verib. Qızılları və bir miqdar pulu alan qadın şəxsiyyət vəsiqəsini itirdiyini, Malatyaya gedib yenidən almalı oduğunu deyib. Kişi ona səfərə çıxarkən qızılları evdə qoymasını deyib. Rabiyə onu aldadaraq evdən çıxıb və avtovağzala gedib. Bu zaman qocaya baş çəkməyə gələn polislər tibb bacısının evdə olmamasından şübhələniblər.
 
Kişinin sözü ilə evdə qızılları axtaran polis onları tapa bilməyib. Qadın qızıllarla qaçmağa imkan tapmamış, avtobusda yaxalanıb. Qadının evli olduğunu, lakin evlənmək adı ilə 3 ayrı cinayət törətdiyini üzə çıxıb.
 
RePost.az
 

Baxış sayı: 2554 | Tarix: 28.12.2016
Bizi Telegramda izləyin: @repostaz