ABŞ, Böyük Britaniya və Fransa qüvvələri Suriyada Bəşər Əsədə aid əraziləri bombalayıb.
 
Raket hücumları Suriyada ötən həftə ehtimal edilən kimyəvi silah istifadəsinə cavab olaraq edilib. Nəticədə paytaxt Dəməşq və Homs şəhəri yaxınlığında partlayışlar meydana gəlib. Bildirilir ki, vurulan nöqtələr kimyəvi silah istehsalı ilə məşğul olan, yaxud bu silahların istifadəsi üçün lazım olan avadanlıqların saxlanıldığı yerlərdir.
 
 
ABŞ ordusu hücum nəticəsində Pentagonun heç bir itki ilə üzləşmədiyini açıqlayıb. ABŞ müdafiə naziri Ceyms Mattishücumun 1 dəfə edildiyini dilə gətirib. 
 
Böyük Britaniya baş naziri Tereza Mey ölkəsinin prosesdə iştirakını təsdiq edib. 
 
Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov hücum barədə açıqlama ilə çıxış edib. O, xəbərdarlıqlarına məhəl qoyulmadığını və addımın nəticəsiz qalmayacağını bildirib.
 
Rəsmi Ankara ABŞ-ın Fransa və İngiltərə ilə birlikdə Suriyaya zərbələr endirməsini dəstəkləyib.
 
"Əməliyyatı müsbət qarşılayırıq. Türkiyə, Suriya rejiminə qarşı ABŞ, İngiltərə və Fransanın təşkil etdiyi əməliyyatı lazımlı əməliyyat kimi dəstəkləyir", - deyə Türkiyə Xarici İşlər Nazirliyinin bəyantında bildirilib. 
 
Suriya hpkuməti isə üçlü müdaxiləni beynəlxalq hüquqa zidd adlandırıb. Suriya dövlət televizyasının məlumatına görə, Suriyanın hava hücumundan müdafiə sistemi atılan 30 raketdən 10-nu məhv edib. Bununla yanaşı 3 mülki şəxsin yaralandığı, hücumdan əvvəl bazaların boşaldıldığı və Şamın Bərzehdəki araşdırma mərkəzinin hücuma məruz qaldığını xəbəri verilib.
 
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Dumada kimyəvi silah hücumuna cavab olaraq, Suriya ərazisinə raket zərbələri endirmək barədə əmr verib. Hücuma Böyük Britaniya və Fransa da qoşulub.
 
 
RePost.Az


Baxış sayı: 3105 | Tarix: 14.04.2018
Bizi Telegramda izləyin: @repostaz