Bakıda həkim əməliyyatdan sonra vəfat edib.
 
RePost.Az Report-a istinadən xəbər verir ki, Bakı şəhərində yerləşən 25 saylı şəhər poliklinikasının həkim-otorinqoloqu Əziz Bayramlı aprel ayının 14-də dünyasını dəyişib.
 
Belə ki, 63 yaşlı Ə.Bayramlıötən həftə Bakıda yerləşən “MediStyle Hospital”da bud-canağ oynağının endoprotezləşmə əməliyyatı keçirib. O, cərrahi əməliyyatdan sonra ayılıb, hətta ayağa da qalxıb. Lakin əməliyyatdan 3 gün sonra komaya düşüb. Yaxınları koma vəziyyətində olan xəstəni “MediStyle Hospital”da saxlamağa maddi gücü çatmadığı üçün onu Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirib. Ə.Bayramlı həmin xəstəxanada vəfat edib.
 
Faktla bağlı araşdırma aparılır.
 
Qeyd edək ki, Ə.Bayramlı 1954-cü ildə dünyaya gəlib.
 
RePost.Az

Baxış sayı: 2687 | Tarix: 17.04.2018
Bizi Telegramda izləyin: @repostaz