Bakıda tələbə, yetkinlik yaşına yenicə çatmış qızları sosial şəbəkələr üzərindən “ov”layan falçı peyda olub.
 
Bir xanım pessimist ruhda statuslar yazan 18-20 yaşlı qızlara sosial şəbəkələr üzərindən kömək təklif edib. Qızlar Yasamaldakı evə dəvət edilib. Orada bihuşedici maddə qatılmış çay, su verilib. Qızlar yuxuya verilərək bakirəlikləri pozulub, bundan sonra təhdid ediliblər.Bu haqda heç kimə məlumat verməməyi tapşırıblar.
 
RePost.Az xəbər verir ki, “Yeni Müsavat”ın redaksiyasına falçının qurbanına çevrilmiş 46 qızdan iki nəfəri müraciət edib.
 
Onlar başlarına gələn dəhşətli, iyrənc hadisədən danışıblar. 18 və 20 yaşlarında olan qızlar falçının özünü onlara Mirseymur Mirkamil oğlu Seyidov kimi təqdim etdiyini bildiriblər.
 
Qızlar bildirir ki, əslində, o özü haqda ilk gündən qurbanlarına yalan məlumat verib. Buna baxmayaraq, onun kimliyi haqda müfəssəl məlumat ala biliblər. 
 
Sayt qeyd edir ki, redaksiyaya müraciət edən qızların kimliyi haqda ətraflı bilgilərə malikdir və baş vermiş iyrənc hadisə haqda hüquq-mühafizə orqanlarına, “Təmiz Dünya” İctimai Birliyinə məlumat verilib.
 
RePost.Az


Baxış sayı: 2459 | Tarix: 20.04.2018
Bizi Telegramda izləyin: @repostaz