Bakı-Ələt yolunun 34-cü kilometrliyində yolun əks istiqamətinə çıxaraq axına qarşı hərəkət edən 90-SO-003 qeydiyyat nişanlı, “BMW” markalı avtomobilin sürücüsü tutulub.
 
RePost.Az-ın məlumatına görə, polis sürücünün şəxsiyyətini müəyyənləşdirib.
 
Məlum olub ki, “BMW”-nin sürücüsü 1987-ci il təvəllüdlü Seyfullayev Rauf Ağaverdi oğludur. O, polis əməkdaşları tərəfindən saxlanılıb.
 
RePost.Az


Baxış sayı: 3732 | Tarix: 25.04.2018
Bizi Telegramda izləyin: @repostaz