Azərbaycanda dəhşətli cinayət baş verib. 
 
RePost.Az xəbər verir ki, Əsədova Kəmalə Kamil qızı gecə saatlarında kürəkəninin evinə gələrək, yatdığı yerdə onu "kislota" ilə yandırıb.
 
Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişinə müraciət edən Sahilə adlı yaşlı qadının danışdıqları hər kəsi dəhşətə gətirib: 
 
"Oğlumun qaynanası yatdığı yerdə "kislota" ilə bütün bədənini yandırıb. Sonda isə kislotanın qabını oğlumun başında sındırıb. Bədəni bütün sarğının içindədir. Həkim deyir ki, oğlumun kürəyindən bütün bağırsaqları görünür. Oğlumun gözləri də kor olub".
 
Qeyd edək ki, hadisə polis tərəfindən araşdırılır. Qaynananın - Əsədova Kəmalə Kamil qızının ruhi xəstəxanaya yerləşdiriləcəyi təxmin edilir.
 
RePost.Az


Baxış sayı: 1984 | Tarix: 27.04.2018
Bizi Telegramda izləyin: @repostaz