Ermənistanda etiraz hərəkatının lideri, bu gün parlamentdə baş nazir seçilməmiş Nikol Paşinyan tərəfdarlarını ölkənin bütün yollarını, metro stansiyalarını, hava limanlarını bağlamağa səsləyib. O, mayın 2-də bütün ölkə üzrə tətil elan edib.
 
RePost.Az xəbər verir ki, on minlərlə tərəfdarı qarşısında mitinqdə Paşinyan deyib: “Sabah bütün Ermənistanda ümummilli tətil elan edilir. Saat 8:15-dən etibarən Ermənistanın bütün küçələri, metro, aeroportlar, mümkün olan hər yer bağlanır. Mən baş nazir postuna namizəd kimi bütün dövlət qulluqçularına müraciət edirəm – tətil elan edirik”.
 
Onun sözlərinə görə, vətəmndaşlıq itaətsizliyinə bütün Ermənistan əhalisi qoşulmalıdır.
 
“Bu, erməni xalqının ulduz saatıdır”, - Paşinyan qeyd edib.
 
RePost.Az

Baxış sayı: 2953 | Tarix: 01.05.2018
Bizi Telegramda izləyin: @repostaz