Ermənistan silahlı qüvvələrinin bölmələri içərisində Ağdam Mexaniki Suvarma İdarəsinin əməkdaşları olan yük avtomobilini atəşə tutublar. Ağdam Mexaniki Suvarma İdarəsinin əməkdaşları Ağdamın Çəmənli kəndi ərazisində nasaz olan su artezian quyusunu təmir etməyə gedərkən atəşə məruz qalıblar.
 
Bunu Ağdam Rayon Mexaniki Suvarma İdarəsinin əməkdaşlarının cəbhə xəttində yerləşən Çəmənli kəndində ötən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşə məruz qalmaları ilə bağlı virtualaz.org-un sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
 
Nazirliyin açıqlamasında qeyd olunub ki, 02-AC-416 dövlət nömrə-nişanlı “KamAZ 43114” markalı avtomobil gülləbaran edilib. İdarənin maşında olan 5 əməkdaşı xəsarət almasa da, avtomobil yararsız hala düşüb. Hazırda avtomobil hadisə yerindən çıxarılıb.
 
Bildirilib ki, bu, Ermənistan tərəfindən mülki əhalinin hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş məqsədyönlü təxribatıdır. Cəbhə xəttində vəziyyət bölmələrimizin tam nəzarəti altındadır.
 
RePost.Az

Baxış sayı: 2497 | Tarix: 03.05.2018
Bizi Telegramda izləyin: @repostaz