Azərbaycanın görkəmli teatr və kino aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı Fuad Poladov vəfat edib. 
 
RePost.Az-ın məlumatına görə, Xalq artisti uzun sürən xəstəlikdən sonra 69 yaşında dünyasını dəyişib. Mərhumla vida məraisimi bu gün evində, Babək prospekti 10 ünvanında keçiriləcək. Fuad Poladov Yasamal rayonundakı "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq. 
 
RePost.Az

Baxış sayı: 3333 | Tarix: 05.05.2018
Bizi Telegramda izləyin: @repostaz