Bu gün 20:50 radələrində Bakı metropolitenində təqribən 35-40 yaşlı şəxs döyülüb.
 
RePost.Az report.az-a istinadən bildirir ki, hadisə metropolitenin "28 May" və "Xətai" stansiyaları arasındakı keçiddə baş verib.
 
Zərərçəkənin bildirdiyinə görə, ona 3-4 nəfər şəxs hücum edərək, yumruq zərbələri endirib. Nəticədə o, baş nahiyəsindən xəsarət alıb.
 
Polis faktla bağlı araşdırma aparır.
 
RePost.Az 

RePost.Az 


Baxış sayı: 2801 | Tarix: 28.12.2016
Bizi Telegramda izləyin: @repostaz