Bir nəfər yanıq xəsarətləri alıb, 4 nəfər isə tüstüdən zəhərlənib
	 
	Türkiyənin Malatya vilayətində gecə saatlarında tələbə qızların qaldığı yataqxanada güclü yanğın olub.
	 
	RePost.az-ın məlumatına görə, yanğın baş verəndən qısa müddət sonra tələbələrin əksəriyyəti təxliyyə edilsə də aralarında azərbaycanlının da olduğu 5 qız xəsarət alıb.
	 
	Yataqxananın 4-cü mərtəbəsində otaqlardan birində başlayan yanğın nəticəsində bir nəfər yanıq xəsarətləri alıb, 4 nəfər isə tüstüdən zəhərlənib.
	 
	Azərbaycanlı Numana Əliyeva zəhərlənənlər arasındadır və o, Malatya dövlət xəstəxanasına yerləşdirilib. Onun və digər zərərçəkənlərin həyati təhlükəsinin olmadığı bildirilir.
	 
	RePost.az