İran daxilində mühacirət edən əhalinin sayını göstərən rəsmi rəqəmlər Qəzvin və Kərəc istisna olmaqla Güney Azərbaycanın bütün əyalətlərində köç probleminin yaşandığını göstərir. 
 
RePost.Az-ın Günaz TV-yə istinadən verdiyi məlumata görə, İranda 5 il ərzində əyalətlər arasında təxminən 5 milyon mühacirət faktı qeydə alınıb. 
 
İnfoqrafik göstəricilərə görə, ölkə daxilində ən çox köçə məruz qalan bölgələr başda Həmədan olmaqla Azərbaycan əyalətləridir. Həmədandan sonra Ərdəbil, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan və Mərkəzi Əyalətin adı çəkilir. Bu əyalətlərdə xalis mühacirəti göstərən rəqəmlər sıralama ilə 32.4, 20.2, 19, 13.5, 6.5 və 5.5-dən ibarətdir. Mühacirət məsələsində Qəzvin və Ərak əyalətləri Güney Azərbaycanın digər əyalətlərinə nisbətən daha yaxşı vəziyyətdədir.
 
Tehran, Yəzd, Simnan, İsfahan və Qum kimi farsdilli əyalətlər ən çox  mühacir qəbul edən əyalətlərdir.
 
RePost.Az

Baxış sayı: 4131 | Tarix: 25.05.2018
Bizi Telegramda izləyin: @repostaz