Almaniyada yaşayan azərbaycanlı xanım, polis əməkdaşı Lena Instagram-da diqqət mərkəzinə düşüb. 
 
RePost.Az-ın məlumatına görə, Lenanın sosial şəbəkədə paylaşdığı son fotoları izləyənlərinin marağına səbəb olub. İsti yay günlərində Lena tez-tez səyahətlər edir. O, polis olmağına baxmayaraq çoxlarının arzu etdiyi həyat tərzini yaşayır.
 
Lena orta məktəbdə oxuyarkən anası ilə birlikdə Bakıdan Berlinə köçüb. 29 yaşlı azərbaycanlı polis 14 il əvvəl gəldiyi Almaniyada özünə xoşbəxt bir həyat qura bilib.
 
Anası Susana (55 yaşlı) Almaniyada tibbi yardım alır. 57 yaşlı atası İlham isə 6 il Bakıda işlədikdən Berlinə yollanıb.
 
Berlində polis peşəsinə sahib olmaq üçün təhsil alan Lena polis olduqdan sonra Neuköllndə işləməyə başlayıb. Lena, alman, eləcə də rus, türk, ingilis və fransız dillərindən danışa bilir. 
 
RePost.Az

Baxış sayı: 3409 | Tarix: 25.05.2018
Bizi Telegramda izləyin: @repostaz