Suriyada münaqişə tərəfləri arasında atəşkəsin bərpa olunması ilə bağlı razılaşma imzalanıb.
 
Bu barədə Rusiya prezidenti Vladimir Putin xarici işlər və müdafiə nazirləri ilə görüşdə deyib. O bildirib ki, münaqişə iştirakçıları sülh danışıqlarına başlamağa hazırdırlar: “Ümumilikdə 3 sənəd imzalanıb. Birincisi Suriya hökuməti ilə silahlı müxalifət arasında atəşkəsin elan olunmasına dair sənəddir. İkincisi atəşkəs rejiminə nəzarətlə bağlı tədbirlər kompleksidir. Üçüncüsü isə Suriya münaqişəsinin həlli ilə bağlı sülh danışıqlarına başlamağa hazırlıqla bağlıdır”.
 
V. Putin qeyd edib ki, bu razılaşmaların həyata keçirilməsi üçün bütün zəruri addımlar atılmalıdır.
 
Müdafiə naziri Sergey Şoyqu atəşkəs rejiminin dekabrın 30-da yerli vaxtla saat 00:00-da qüvvəyə minəcəyini açıqlayıb.
 
RePost.Az

Baxış sayı: 2668 | Tarix: 29.12.2016
Bizi Telegramda izləyin: @repostaz