ARB telekanalının tanınmış aparıcısı Afət Rahilqıznın ölüm xəbəri yayılıb.
 
RePost.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan xəbərlərə görə, aparıcı bir neçə saat öncə yol qəzasında həlak olub. Amma qəzanın harada baş verməsi barədə heç bir məlumat verilməyib.
 
Aldığımız məlumata görə, Afət Rahilqızı saat 19:00-dək işdə olub. Sonra şəhərdə dostları ilə birlikdə görünüb. Dostlarından ayrıldıqdan sonra isə onunla əlaqə kəsilib. Hazırda onun və yanındakı şəxslərin telefonuna zəng çatmır. DYP-dən isə Bakı şəhər qarnizonunda belə bir hadisənin baş vermədiyi bildirilib.
 
ARB telekanalının əməkdaşları isə  bildiriblər ki, məlumatın heç bir əsası yoxdur. Yaxınları ilə əlaqə saxlayıblar. Hazırda Afətin evində telefonlarını söndürərək yatdığını bildiriblər. 
 
RePost.Az

Baxış sayı: 3960 | Tarix: 31.05.2018
Bizi Telegramda izləyin: @repostaz