“Əgər hər kəs üç həftə cümə namazına getməsə, onun evini başına yıxıb uçurmaq lazımdır. Bu da cümə namazının nə qədər önəmli olduğunu göstərir”.

RePost.Az-ın məlumatına görə, bunu İsfahanın cümə namazının rəhbəri və İranın dini liderinin bu şəhərdəki nümayəndəsi axund Seyid Yusif Təbatəbayi Nejad Ərdistanı deyib.

O qeyd edib ki, hazırda ölkənin irili-xırdalı 900 şəhər və qəsəbəsində hər həftə cümə namazları qılınır. ““Cümə” gününün əhəmiyyəti böyükdür. Bir rəvayətə görə, cümə günü Ramazan və Qurban bayramlarından da üstündür. Cümə namazına qatılmaq, mədəni, ictimai və siyasi bir iş və vəzifədir. Bu isə hər yerdə və hər məkanda təbliğ olunmalıdır”. – deyə Ərdistani əlavə edib.

RePost.Az


Baxış sayı: 3314 | Tarix: 13.06.2018
Bizi Telegramda izləyin: @repostaz