İsatnbulda Reina gecə klubunda terror aktı həyata keçirən terroçunun kimliyi artıq müəyyən olunub.
 
RePost.Az-ın məlumatına görə, Uyğur türkü olduğu iddia edilən terrorçunun  2016-cı ilin noyabr ayında ailəsi ilə birlikdə Türkiyənin Konya şəhərinə gəldiyi təsbit edilib. Terrorçunun diqqət çəkməmək üçün həyat yoldaşı və 2 uşağını da yanında gətirdiyi bildirilir. Məlumata görə, hələlik kimliyi açıqlanmayan terrorçunun ailəsi polis tərəfindən saxlanılıb.
 
İstanbulda Reina gecə klubuna silahlı basqın yeni il gecəsi baş verib. Avtomatla klubun polis mühafizəçisini öldürən terrorçu içəri daxil olduqdan sonra 700 nəfər çox insana atəş açmağa başlayıb.
 
Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, silahlı basqın nəticəsində 39 nəfər həyatını itirib, 65 nəfər isə yaralanıb. Terror aktının məsuliyyətini İŞİD terrorçu qruplaşması öz üzərinə götürüb.
Bu arada terrorçunun fotoşəkilləri də yayılıb. Onun terror aktından öncə Taksimdə çəkiliş apardığı bildirilir.
 
RePost.Az
 


Baxış sayı: 4112 | Tarix: 03.01.2017
Bizi Telegramda izləyin: @repostaz