Hacıqabulda baş verən qəzada ölən və xəsarət alan var.
 
RePost.Az-ın APA-ya istinadən məlumatına görə, qəza Bakı-Qazax magistralının 115-ci kilometrliyində Hacıqabul şəhəri ərazisində qeydə alınıb. "Tofaş" markalı "10 CC 011″ dövlət nömrə nişanlı avtomobil sərt döngədə dəmir arakəsməyə çırpılıb.
 
Nəticədə sürücü - Lerik rayon sakini, 1990-cı il təvəllüdlü Şahpələngli Emil Sultanağa oğlu hadisə yerində ölüb, 6 yaşlı oğlu Əli isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
 
"Azpolitika.info"ya daxil olan məlumata görə, qəzada həlak olan 28 yaşlı Emil Şahpələngli deputat İqbal Məmmədovun bacısı oğludur.
 
RePost.Az

Baxış sayı: 2516 | Tarix: 19.06.2018
Bizi Telegramda izləyin: @repostaz