Bakıda bədbəxt hadisə baş verib.
 
Oxu.Az-ın verdiyi xəbərə görə, paytaxtın Məhəmməd Hadi küçəsində yerləşən hündürmərtəbəli yaşayış binalarının birində liftin burazı qırılıb.
 
Nəticədə içində 5 uşaq olan liftin kabinası 14-cü mərtəbədən aşağı düşüb.
 
Hadisə şahidlərinin sözlərinə görə, uşaqların vəziyyəti ağırdır.
 
Bina “Tikmat” tikinti şirkətinə məxsusdur.
 
RePost.Az

Baxış sayı: 2535 | Tarix: 13.07.2018
Bizi Telegramda izləyin: @repostaz