Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva keçmiş həyat yoldaşı Emin Ağalarovu evliliyi münasibətilə təbrik edib.
 
RePost.Az-ın məlumatına görə, Leyla xanım bu barədə rəsmi "İnstagram" səhifəsində yazıb:
 
"Əziz dostlar! Çoxu mənim şeirlərimi anlamır! Onlar mənim qəlbimdən gəlir və konkret olaraq bir insana həsr edilməyib. 
Mən Eminə və Alyonaya xoşbəxtlik arzulayıram. Onlar çox ləyaqətli və gözəl insanlardır. Allah onların sevgisini həyatlarında hər şeydən üstün etsin! Hər kəsə həyatdan zövq almaq və sevmək arzulayıram! Hər şeyə görə çox sağ olun!", - Leyla Əliyeva qeyd edib. 
 
Xatırladaq ki, Azərbaycanın xalq artisti Emin Ağalarov iyulun 14-də sevgilisi Alyona Qavrilova ilə evlənib. 
 
RePost.Az

Baxış sayı: 3314 | Tarix: 21.07.2018
Bizi Telegramda izləyin: @repostaz