Aktrisa Leyla Hümbətova çimərlik geyimi ilə kürk geyinib və dənizə girib.
 
RePost.Az xəbər verir ki, “Lider maqazin” proqramına danışan Leyla fotoları barədə açıqlama verib.
 
O bildirib ki, etdiyi hərkətdə qəbahət sayılacaq heç nə yoxdur:
 
“İnanıram ki, bütün sənətçilər mənə qulaq asıb dənizə belə girəcəklər. Bu yaxınlarda bir çox məşhurlar çimərlik geyimində fotosessiya etdirdi. Mən də qışda bu cür şəkillər çəkdirmişdim. Burada bir qəbahət yoxdur. Amma məni də yıxdılar, ayağa qalxdım.
 
Başa düşdüm ki olmaz. Namus ağacına qalxmaq və düşmək asan deyil. Hər kəsin ağlı hara kimi işləyirsə, ora kimi qəbul edəcək. Soyundum vay, geyindim vay? Hər zaman belə olmaq lazımdır. Ağıllı olub dərd çəkməkdənsə, dəli olum, mənim dərdimi çəksinlər”.
 
Qeyd edək ki, aktrisa bundan öncə də, qarlı havada çimərlik geyimində fotosessiya etdirmişdi. 
 
RePost.Az


Baxış sayı: 3428 | Tarix: 14.08.2018
Bizi Telegramda izləyin: @repostaz