Bakıda qadınlara hücum edən manyak peyda olub.
 
RePost.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə jurnalist Jalə Mütəllimova yazıb. Onun yazdıqlarına görə, Nəsimi rayonunda naməlum şəxs və ya şəxslər yoldan keçən qadınlara hücum edir. 
 
“Əziz dostlar və qardaşlar "Yeganə" şadlıq sarayının arxasındakı məhəllə, həm bina evləri, həm həyət evləri istiqamətində, oralar çox sıx və qarışıq küçələrdir. Təxminən 5 nömrəli məktəbin yaxınlığı, naməlum şəxs və ya şəxslər sıravi adamlara hucum eləyir”, - deyə Jalə Mütəllimova. bildirib
 
Jurnalist xanım bildirib ki, qadınlara hücum edən şəxsin kimliyini tapmaq lazımdır:
 
“Bu günlərdə yaxından tanıdığım bir xanıma səhər tezdən arxadan və gözlənilmədən çatıb, əli ilə ağzını qapayib. Qadın müqavimət göstərib, qışqırığına bir yaşlı adamın çıxması nəticəsində ziyansız xilas ola bilib, adam ərazidən qaçıb.
Üzünü görə bilməyiblər. Dünənsə ərazidəki binanın qarşısında əvvəlcə bir gənc xanıma, onun ardıyca gənc bir qıza hucum edib. Sakinlər saxlayıb, döyüblər, amma yenə qaçmağa müvəffəq olub.
 
Lütfən, kimsə ciddi xəsarət almamış, ya da böyük bir faciə baş verməmiş tədbirlər görülsün. Adamın kimliyi və müəmmalı hücumların səbəbinin araşdırılmasına ehtiyac var”.
 
RePost.Az

Baxış sayı: 4093 | Tarix: 27.08.2018
Bizi Telegramda izləyin: @repostaz