Bir neçə gündür Güney Azərbaycandan başlayaraq dünyanın müxtəlif ölkələrində azərbaycanlıların rəqs etdiyi “Səni deyirlər” mahnısı İran molla rejimini narahat edib.
 
RePost.Az-ın məlumatına görə, ETTELLAT əməkdaşları rəqs edənlərin şəriət qaydalarını pozduöunu iddia edərək həbs etməyə başlayıb. Sosial şəbəkədə yayılan məlumata görə, artıq həmin mahnı ilə rəqs edib ilk dəfə sosial şəbəkədə paylaşan Haniyə adlı qız həbs edilib.
 
Xatırladaq ki, İran İslam Respublikasında qadınların baş örtüyü olmadan gəzməsinə icazə verilmir. Haniyənin rəqsində isə örtüyü açılır və onu bağlamır.
 
RePost.Az


Baxış sayı: 3732 | Tarix: 07.09.2018
Bizi Telegramda izləyin: @repostaz