Sumqayıt şəhərində “Karvan” ticarət mərkəzinin 2-ci mərtəbəsində ümumi sahəsi 30 m² olan geyim mağazasının yanar konstruksiyaları və içərisindəki əşyalar 25 m² sahədə yanıb.
 
Bu barədə RePost.Az-a  Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Verilən məlumata görə, hadisə zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər xilas olunub, 60 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.
 
Yanğın saat 09:39-da yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 
RePost.Az

Baxış sayı: 2630 | Tarix: 14.11.2018
Bizi Telegramda izləyin: @repostaz