Gürcüstanda keçirilən prezident seçkilərinin yekun nəticələri açıqlanıb.
 
RePost.Az xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səslərin hamısının sayılmasından sonra müstəqil namizəd Salome Zurabişvilinin 59,52, onun rəqibi, müxalifətçi Qriqol Vaşadzenin isə 40,48 faiz səs topladığı məlum olub.
 
Zurabişvili 1,1 milyondan çox, Vaşadzeni isə 780 min seçici dəstəkləyib.
 
Xatırladaq ki, Gürcüstanda prezident seçkilərinin ikinci turu noyabrın 28-də keçirilib.
 
RePost.Az

Baxış sayı: 3200 | Tarix: 29.11.2018
Bizi Telegramda izləyin: @repostaz