Sosial şəbəkədə məktəblərdən birində valideynlə direktorun əlbəyaxa davası olan video yayılıb.
 
RePost.Az-ın məlumatına görə, videoda bir-birinin saçını yolan qadınların hansı səbəbdən dava etməsi məlum deyil. Ətrafda olan digər şəxslər onları güclə ayırıblar.
 
İddia olunur ki, hadisə Gəncə şəhərində yerləşən "10” nömrəli məktəbdə qeydə alınıb.
 
Məsələ ilə əlaqədar Təhsil Nazirliyindən bildirdilər ki, bu barədə məlumatları var.
 
“Yayılan videonu görmüşük. Lakin hadisənin dəqiq harada baş verdiyi videodan dəqiq görünmür. Həmin yer məktəb də ola bilər, klub və digər məkan da ola bilər. Bundan başqa, görüntülərin nə zaman çəkildiyi bilinmir. Hazırda hadisə ilə bağlı araşdırmalara başlanılıb”.
 
RePost.Az
 
 

Baxış sayı: 2592 | Tarix: 09.02.2019
Bizi Telegramda izləyin: @repostaz