Dünən Balakən rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
 
Qazbinə kəndi ərazisində - Beşbulaq adlanan ərazidə Türkiyə vətəndaşı, 1968-ci il təvəllüdlü Başar Saminin idarə etdiyi TIR ilə toqquşan "Toyota RAV4" markalı minik avtomobilində vəfat edən 1985-ci il təvəllüdlü Alqayev Samir Nurəddin oğlu Zaqataladan işdən gəlirmiş.
 
Belə ki, Zaqatala Su-Kanal idarəsində çalışan Samir Beşbulaq adlanan ərazidəki döngədə sürət həddini düzgün seçmədiyindən avtomobili yük maşınına çırpıb. O, hadisə yerindəcə keçinib. S.Alqayevin 2 azyaşlı övladı qalıb.
 
Qeyd edək ki, qəza nəticəsində xəsarət alan B.Saminə Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb və ambulator müalicəyə yazılıb.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
 
RePost.Az

Baxış sayı: 6820