Azərbaycanda qəribə hadisə baş verib. Xəzər Tv-nin əməkdaşı Zakirə Zakirqızının 4 il əvvəl dünyasını dəyişən həyat yoldaşı bu ilin fevral ayının 1-də Salyan yolunda sürət həddini aşdığına görə radara düşüb.
 
RePost.Az-ın məlumatına görə, Zakirə Zakirqızı bununla bağlı yaşadıqları ünvana Baş Dövlət Yol Polisi İdarəsindən məktub göndəridiyini bilduirib.
 
"Dünən mərhum həyat yoldaşım Mirzəquluzadə Elxan Balağa oğlunun adına Baş Dövlət Yol Polisi İdarəsindən məktub gəlib. Fevral ayının 1-də Salyan yolunda sürət həddini aşdığına görə radara düşüb. Sonra da idarə etdiyi "Nissan Patrol" avtomobili texniki baxışdan keçmədiyi üçün üstəlik 50 manat da cərimələnib. DYP-nin başbilənlərinə deyim ki, mənim yoldaşım 4 ildir rəhmətə gedib və bizim heç vaxt NİSSAN PATROL maşınımız olmayıb. Hətta öz adına belə kiminçüsə alsaydı xəbərim olardı. İndi məni bir məsələ düşündürür; birdən bu maşın kimisə vurub, öldürdü, məsuliyyəti kim daşıyacaq? Mənim 4 il bundan əvvəl dünyaslnı dəyişmiş yoldaşım"?
 
Dövlət Yol Polisi idarəsindən məsələnin araşdırıldığını və tezliklə hüquqi qiymət veriləcəyini bildirib.
 
RePost.Az

Baxış sayı: 2535 | Tarix: 20.02.2019
Bizi Telegramda izləyin: @repostaz