Ucar rayonunda əmisi qızı Gülnar Həşimovanı zorlayaraq qətlə yetirməkdə təqsirli bilinən 26 yaşlı İlkin Çiqqarovun barəsində cinayət işinin istintaqı başa çatıb.

RePost.Az-ın Lent.az-a istinadən məlumatına görə, İ. Çiqqarov barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Bilal Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası aprelin 12-ə təyin edilib.

Qeyd edək ki, ötən il dekabr ayında Ucar rayonunda qeydə alınıb. Ucar rayon polis şöbəsinə dekabrın 9-da 31 yaşlı Gülnar Həşimovanın yaşadığı Qaradağlı kəndindəki evdən çıxaraq itkin düşməsi barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar polis əməkdaşları təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlayaıblar.

 

RePost.Az
 


Baxış sayı: 2459 | Tarix: 03.04.2019
Bizi Telegramda izləyin: @repostaz