lahiyyatçı Elşad Miri bir-birindən maraqlı açıqlamaları ilə gündəmə gəlib. 
 
RePost.Az xəbər verir ki, "Demədi Demə" youtube kanalının "7 Qırmızı" adlı layihəsində qonaq olan ilahiyyatçı 7 "qırmızı" suala cavab verib. 
 
Yas mərasimi deyilən bir anlayış olmadığını deyən ilahiyyatçı bir çox Mason lojalarında olduğunu da etiraf edib. Siğə ilə bağlı da danışan Elşad Miri bir çox qaranlıq məqama cavab verib. 
 
"Qurani Kərim"dəki bəzi sözlərin düzgün tərcümə edilmədiyini bildirib. Onun sözlərinə görə, cənnətdə iri döşlü qızlar vəd edilmir. Səhv tərcümə həmcinslərin intim münasibəti sualını ağıllara gətirir ki, bu da düzgün anlayış deyil. 
 
Elşad Miri bildirir ki, Allah görmədiyimiz şeyləri bizə təmsili olaraq izah edir.
 
RePost.Az


Baxış sayı: 4625 | Tarix: 17.04.2019
Bizi Telegramda izləyin: @repostaz