Əfsanə adlı qadın atasının axtarışına çıxıb.
 
BAKU.WS xəbər verir ki, 25 yaşlı qadın üzünü görmədiyi atasını "Səni axtarıram" proqramında axtarmağa qərar verib. 
 
Aygün 18 yaşında olarkən Şəmkirdə yaşayan Arif Cabbarov Yunus oğluna qoşulub qaçıb. Əfsanə doğulmadan atası Rusiyaya gedib. 
 
Əfsanənin 7 yaşında oğlu var. Onu atasını axtarmağa həyat yoldaşı məcbur edib. 
 
Əfsanənin anasının bibisi Aygün Türkiyəyə aparıb, orada ərə verib. Maraqlı məqam budur ki, Əfsanənin anası ərə gedərkən özünü qız uşağı kimi qələmə verib. Yəni qız adı ilə ərə gedib. İki dəfə ərə getdiyini və bir uşağının olduğunu gizlədib.
 
Əfsanəyə doğum haqqında şəhadətnamə alınarkən nənə anası kimi, baba isə ata kimi yazılıb. Nənə deyir ki, Əfsanəni nəvəsi kimi deyil, öz qızı kimi böyüdüb. Anası da onu öz bacısı kimi görüb.
 
Xoşqədəm Hidayətqızı Əfsanənin anasının qız adı ilə Türkiyəyə ərə getməsini, uşağını indiki ərindən gizlətməsini pisləyib.


Baxış sayı: 3427