UEFA Avroliqasının finalı üçün satışa çıxarılan bütün Skybox biletlər satılıb. 
 
RePost.Az xəbər verir ki, Skybox biletinin qiyməti 1 nəfər üçün kateqoriyadan asılı olaraq 1190-1390 avro (2256 - 2635 AZN) olaraq müəyyənləşdirilib. Biletlər 9-10 nəfərlik paketlər olaraq satılıb. 10 nəfərlik paketin qiyməti 11900-13900 avro (22560 - 26350 AZN) təşkil edib. 
  
Final oyunu üçün satışa çıxarılan Skybox biletləri "qara bazar"da fantastik qiymətə təklif olunur. Əldə etdiyimiz məlumata görə, işbazlar biletləri əvvəlcədən alıb və oyun öncəsi satışa çıxarıb. Skybox biletləri olanlar bir çox üstünlük əldə edir.
 
Skybox-larda televizor, soyuducu, kondisioner, tualet və pulsuz WIFI var. Hər skybox-da bir barmen və bir ofisiant qonaqlara xidmət göstərir. Seçiminizə əsasən menyunuz qəlyanaltılar, isti yeməklər, spirtli və spirtsiz içkilərdən ibarət ola bilər.
 
Bakı Olimpiya Stadionunda cəmi 124 ədəd skybox var. Skybox-larda 14 nəfərdən 32 nəfərə qədər qonaq yerləşdirmək olar. 5 cür yerləşdirmə planı mümkündür. 
 
Skybox biletlərin üstünlükləri bunlardır: 
 
Stadiona xüsusi giriş,
müxtəlif menyu seçimi,
yüksək səviyyəli xidmət,
pulsuz parkinq,
oyunun rəsmi proqramı hədiyyə  
  
"Qara bazar"da hazırda təklif olunan Skybox biletlərinin qiymətini təqdim edirik: 
 
6 nəfərlik 175000 AZN 
10 nəfərlik 225.000 AZN 
12 nəfərlik 235.000 AZN
14 nəfərlik 280.000 AZN
 
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında İngiltərənin "Arsenal" və "Çelsi" komandaları üz-üzə gələcək.
 

Baxış sayı: 3409 | Tarix: 22.05.2019
Bizi Telegramda izləyin: @repostaz