Azərbaycanda qadın əri sonsuz olduğuna görə sevgilisindən uşaq dünyaya gətirib.
 
RePost.Az yenisabah-a istinadən xəbər verir ki, ATV televiziyasında yayımlanan "Bizimləsən" verilişinin aparıcısı Zaur Baxşəliyevə atası Nazimin axtarışı üçün müraciət edən 24 yaşlı Elvira ilə bağlı təfərrüatlar üzə çıxıb.
 
Elviranın anası 4 saylı Polis Şöbəsində mayor rütbəsində müstəntiq işləyən Nazimlə ər-arvad münasibətində olarkən hər ikisi evli olub. Elnarə xanımın birinci həyat yoldaşından uşağı olmadığı üçün Nazimlə qeyri-rəsmi münasibətdən uşaq dünyaya gətirib.
 
Belə ki, aparıcı söyləyib ki, zamanında Bakıda iki münaqişəli ailə olub: 
 
"Ailələrin münaqişəsi də 3-cü sinifdə oxuyan uşaq üstündə olur. Məhkəmənin qərarı ilə uşaq ana nənədə qalır. Günlərin bir günü nənə polisə müraciət edir. O, polisə deyir ki, uşaq yoxdur. Araşdırmalar zamanı bəlli olur ki, uşaq Novxanıda anasının yanında olur. Bu ailələrin münaqişəsi davam edir. 
 
Bu məsələ ilə məşğul olan polis mütəmadi olaraq hər iki ailə ilə görüşlər keçirir. Bu zaman polis uşağın nənəsigildə Elnarə adlı qadını görür. Baxışları və maraqları toqquşur. Bilmirəm, yəni münasibət yaranır. Elnarə polis əməkdaşına söyləyir ki, mən həyat yoldaşımla ayrılmışam. O, məni atıb gedib. Onların 1 ay münasibəti olur. Amma nə ər-arvad, nə evlilik münasibəti, nə də gələcəkdə ailə qurmaq niyyəti ilə atılan addım. Heç nə, sadəcə olaraq, bir münasibət, bir klip. Sabun köpüyü və bir münasibət yaranır aralarında. Üç, dörd dəfə münasibətləri olduqdan sonra günlərin bir günü polis yenidən uşağın nənəsigilə gələndə Elnarəni soruşur. Ona qadının rayona getdiyini bildirirlər. O gedən, bu gedən qadın gedir. O zaman hər ikisi ailəli olur. Mənim ağlıma bu gəlir ki, Elnarənin ərindən uşağı olmadığına görə polislə münasibətdə olaraq uşaq dünyaya gətirir. Efirə bağlanan və kanala gələn Nazim Hüseynov etiraf edir münasibətini, ancaq bildirib ki, "əgər Elvira mənim qızımdırsa qəbul etməyə hazıram"".
 
Daha sonra aparıcı veriliş zamanı söyləyib ki, Elvira telefonları bağlayıb:
 
"Zənglərimizə cavab vermir. Biz, demək olar ki, sizin atanızı tapmışıq".
 
RePost.Az

Baxış sayı: 3751 | Tarix: 29.05.2019
Bizi Telegramda izləyin: @repostaz