2018-ci ilin 9 ayı ərzində İrandan işləyən və küçə uşaqlarının sayı 7 min nəfərdən çox elan edilsə də, hazırda təkcə Tehranda 14 mindən artıq zibilliklə keçimini təmin edən şəxs var və onun 1/3-dən çoxu uşaqlardır.
 
Uşaq Haqlarının Müdafiəsi Assosiasiyasının icraçı direktoru Fərşid Yəzdaninin dediklərinə əsasən, Tehranda zibillik vasitəsilə həyatını və ailəsini təmin edən uşaqların sayı, problemləri və onların həll yollarını tapmaq üçün “uşaqlığın yağmalanması” adı altında tədqiqat aparılıb.
 
Nəticədə təkcə paytaxt Tehranda 14 min zibillə dolanan insanın olduğu məlum olub və onların da 4 min 700 nəfərini uşaqlar təşkil edir. İranda zibil daşıyan şəxslərin dəqiq sayı ilə bağlı isə rəsmi statistika mövcud deyil. Digər tərəfdən, müxtəlif mənbələr, eləcə də Tehran şəhər şurasının üzvü Bahar Arvin bildirir ki, “zibil daşıma sektoru” Tehran bələdiyyəsinin monopoliyasına çevrilib.
 
Bələdiyyə podratçılardan istifadə etməklə, zibil yığan insanlardan yenidən emal edilmək üçün satıla bilən zibilləri çox ucuz qiymətə alır, daha sonra onları baha qiymətə müəssisələrə satır. Bahar Arvin həmçinin bildirir ki, bələdiyyə bunun vasitəsilə milyardlarla dollar vəsaiti büdcədən oğurlayıb və iş o yerə çatıb ki, artıq Tehranda “zibil mafiyaları” mövcuddur.
 

Baxış sayı: 2991 | Tarix: 13.06.2019
Bizi Telegramda izləyin: @repostaz