Misirin sabiq prezidenti Məhəmməd Mursi ötən gün Qahirədə vəfat edib. Keçmiş dövlət başçısı casusluq işi ilə bağlı ittiham olunduğu məhkəmə iclası zamanı dünyasını dəyişib.
 
RePost.Az xəbər verir ki, məhkəmə iclasında Mursiyə söz verilib, daha sonra fasilə elan olunub. Bu məqamda eks-prezident yerə yıxılıb və keçinib. Bildirilir ki, o, ürək tutmasından keçirib. Sabiq Misir prezidenti Məhəmməd Mursi ölümündən bir neçə həftə əvvəl həbsxanada müayinədən keçib, ancaq həkimlər onun səhhətində hər hansı çatışmazlıq aşkar etməyiblər.
 
Ölümündən qabaq Mursi, həmçinin yaxınları ilə əlaqə saxlayıb və onlara da hər hansı problemi ilə bağlı şikayətlənməyib. İlkin məlumata görə, sabiq prezidentin ölümünün səbəbi kəskin ürək çatışmazlığı olub. Ölümün dəqiq səbəbi hələlik məlum deyil. Rəsmilər bu faktın araşdırılması üçün məhkəmə-tibbi kommissiyanın yaradıldığını bildirib. Eyni zamanda bir neçə mütəxəssis məhkəmə zalının müşahidə kameralarının araşdırılması və şahidlərin dindirilməsi ilə məşğuldur. Qeyd edək ki, Misirin hərbi yolla devirilmiş prezidenti Məhəmməd Mursi vəsiyyətinə əməl edilmədən, yeri və tarixi gizli saxlanılmaqla dəfn olunub.
 
Onu ölkə paytaxtı Qahirənin şimalındakı Nasr-siti rayonunda torpağa tapşırıblar. Bildirilib ki, hakimiyyət onun vəsiyyətinə qarşı çıxıb. Məhəmməd Mursi Nil çayının deltasında yerləşən doğulduğu əl-Ədva kəndində dəfn olunmağı vəsiyyət edib. Mərasimə mərhum prezidentin yaxınları və vəkilləri qatılıblar. Misir KİV-i yazıb ki, Misirdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə Məhəmməd Mursinin belə şəraitdə dəfn olunub.
 
RePost.Az

Baxış sayı: 3409 | Tarix: 18.06.2019
Bizi Telegramda izləyin: @repostaz