ARB TV-nin “Show news” verilişinin növbəti müsahibi aktrisa Pərvin Abıyeva olub. 
 
Aktrisa qarın əzələlərindən danışaraq özünü Dilarə və Səmra ilə müqayisə edib:
 
“Mən onların qarın əzələlərinə bir şey deyə bilmərəm. Dilarə xanımın çox gözəl bədəni var, amma mənimki ondan qat-qat daha gözəldir. Səmranın vicudu var, amma qarın əzələləri yoxdur. Səmra yeni-yeni o şeylərin üzərində çalışmağa başlayıb. Mən artıq 6 ildir ki, profisional məşq edirəm”.
 
Daha sonra Abıyeva şəxsi həyatından söhbət açıb:
 
“Ağ atlı şəhzadə kimi namizədim çoxdur, amma bilmirəm ki, kimi seçim. Çox imkanlı şəxslərin övladları, Rusiyadan və Türkiyədən məşhur simalar mənə eşqnamə oxuyurlar. Oturub fikirləşirəm ki, 28 yaşım var və mənə sonu olmayan münasibət qurmaq lazım deyil. Ömrümün ən gözəl günləri uzunmüddətli münasibətlərə gedib. Təzədən kimləsə münasibət qurum, tanıyım, sonra bir zibil çıxsın, ayrıl... 3 il də oradan getdi, oldu 31, 32 yaş. Mənə lazımdır bu?
 
Elə bir insanla münasibət qurararam ki, sonunda onunla ailə qura bilim və övladımın atası olsun. Ən əsası həmin şəxs dürüst olmalıdır, çünki dürüstlüyə çox önəm verirəm. Mənim üçün pulu önəmli deyil, pulu olsa yox demərəm, amma bu mənim üçün şərt deyil. Hər şey qarşılıqlı olmalıdır. Çox qısqancam, amma yersiz, sudan səbəblərə görə qısqanmaram.
 
Görsəm ki, torbada pişik var, hiss etsəm, qısqanmağa başlayaram, hətta onun başını elə xarab edərəm ki, intihar həddinə çata bilər. Əgər ailə qursam indiki kimi çox sərbəst olmaram. Onsuz da heç bir filmimdə açıq-saçıq səhnələr yoxdur, gələn təklifləri də ona görə dəyərləndirərəm. Məsələn ana obrazı kimi. Geyimimdə də sərhədlər qoya bilərəm. Ailəmin xətrinə çox şeyi silərəm”. 
 
RePost.Az


Baxış sayı: 3656 | Tarix: 21.06.2019
Bizi Telegramda izləyin: @repostaz