Qıcolma tutması nədir və ilk yardım necə olmalıdır ? Qıcolma tutması bədən əzələlərinin iradədən asılı olmayaraq qeyri-müntəzəm yığılmasıdır. Bir cox xəstəliklərdə görülə bilər. Tutma baş verən zaman tibbi yardım gələnə qədər xəstəyə kömək olunmalıdır. Bəzən yanlış olaraq atılan addımlar hemin insana xətər yeride və qıcolma tutmasının müddətini uzada bilər. İlk yardım nə cür etməyi her bir insan bilməlidir.
 
1. Qıcolma tutması keçirdən insanın yanından qətiyyən ayrılmaq olmaz, otağa təmiz hava daxil edin. 
 
2. Xəstəni böyrü üstə uzadıb başının altına yastıq qoyun və yaxud başını dizinizin üstünə də qoya bilərsiniz. 
 
3. Ona zərər verə biləcək əşyaları yanından uzaqlaşdırın. 
 
4. Onu sıxan paltarlardan azad edin. 
 
5. Ağzını iti əsyalarla açmağa, əlinizi ağzına salıb dilini tutmağa çalışmayın. Bu əsla düzgün deyil! Bu zaman dişləri kilidlənib öz dilini və yaxud sizin barmaqlarınızı dişləyə bilər. Balaca bir dəsmalı və yaxud bezi yumurulayıb dişlərinin arasına keçirdin ki, dişləri möhkəm kilidlənib dilini əzməsin. 
 
6. Ətrafları tutub saxlamağa və yaxud açmağa çalışmayın. Bu vəziyətini daha da pisləşdirir və tutmanın davamlı olmasına gətirib çıxardır. 
 
7. Hər hansı tabletka və yaxud sirop, hər hansı bir maye içirtməyə çalışmayın, çünki bu zaman verdiyiniz dərman və su tənəffüs yoluna düşə bilər və boğula bilər, ona görə ki, tutma zamanı həmin şəxsin şüuru müvəqqəti itmiş olur və sizin dediklərinizi qavramır.
       
Tutma müddəti maksimum 5 dəqiqə davam edir. Xəstədən qeyri iradi sidik ifrazı görülə bilər, nəcis ifrazı və ağzından köpük gəlmə müşahidə oluna bilər. Tutma sonrası ozünü qəribə, narahat, yorğun, yuxulu aparma halları olur və keçib gedir.
 
Bunları hər birimiz bilməliyik, düzgün tətbiq etməliyik və bunu özümüzə borc bilməliyik. Sadə bilgilərlə bir insana kömək edə bilmək böyük xoşbəxtlikdir. Yardım etmek istəyiriksə qaydaları bilək və heç olmasa zərər yetirməyək.
 
Gülnar Verdiyeva
Nevroloq

Baxış sayı: 25354 | Tarix: 24.06.2019
Bizi Telegramda izləyin: @repostaz