Müğənni Nüşabə Musayevanın ərəb turistləri üçün rəqs edərkən görüntüsü yayılıb.
 
Video İnstaqram səhifələrinin birində paylaşılıb. Görüntüdə istirahət mərkəzlərinin birində ifaçının çimərlik geyimində rəqs etməsi yer alıb.
 
Maraqlısı isə müğənninin bu ehtiraslı rəqsinə qoşulan ərəb turistləri olub. Onlar Musayeva ilə birlikdə rəqs edərək, onu dövrəyə alıblar.
 
Videoçarx izləyicilər tərəfindən sərt şəkildə tənqid edilib. Müğənninin ünvanına çoxlu sayda təhqiredici mesajlar yazılıb.
 
Sözügedən videonu təqdim edirik:


Baxış sayı: 3713 | Tarix: 26.06.2019
Bizi Telegramda izləyin: @repostaz