Bakının mərkəzində, "Torqovı" kimi məşhur olan Fəvvarələr meydanında polislər "ərəb ovu"na çıxan qadınlara qarşı əməliyyat keçirib.
 
RePost.Az “unikal.org”a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində gəzən sakinlərin də diqqətini çəkib.
 
Mülki geyimli polislər ərəb turistlərlə sövdələşən qadınlara yaxınlaşır, onların qolundan yapışıb yaxınlıqdakı polis bölməsinə aparmaq istəyirlər.
 
Bu zaman qadınlar müqavimət göstərir, onların əlindən çıxmağa çalışırlar. Polislər bu cür əməliyyatlarla şəhərin mərkəzində tüğyan edən əxlaqsızlığın, fahişəliyin qarşısını almağa çalışırlar.
 
Qeyd edək ki, məsələ ilə bağlı ötən gün Bakı şəhər Baş Polis İdarəsindən açıqlama verilib.
 
Polis mayoru Elşad Hacıyev sosial şəbəkələrdə və mətbuatda ərəb turistlərin yerli qadınlarla ödəniş müqabilində intim münasibət qurmaq üçün açıq sövdələşmələrə girməsi haqda yayılan məlumatlarla bağlı ərazi polis orqanında müvafiq araşdırma aparılır.
 
Ərazidə ictimai qaydanın, paytaxt sakinlərini və turistləri narahat edən, yaxud sosial şəbəkələrdə tirajlanan iddialarla bağlı məsələlər diqqətdə saxlanılır.
 
“Bu günədək həmin ərazidən fahişəlik, insan alveri ilə bağlı saxlanılan olmayıb. Çünki bu hallarla bağlı polisə şikayət daxil olmayıb.
 
Amma ərazi fasiləsiz nəzarətdədir və polis əməkdaşları həmin ərazilərdə xidmət aparır. Polis qanunverciliyə uyğun olaraq inzibati tədbirlər həyata keçirir.
 
İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquq-pozmalara qarşı əməliyyat-profilaktik, profilaktik-maarifləndimə tədbirləri tərəfimizdən davam etdirilir”, - deyə E. Hacıyev söyləyib. 
 
RePost.Az


Baxış sayı: 4219